S-400 komplekslərinin bütün təşəbbüsləri artıq Türkiyənin əlindədir

S-400 komplekslərinin bütün təşəbbüsləri artıq Türkiyənin əlindədir

“S-400 kompleksləri artıq tam olaraq Türkiyənin əlindədir”. SİA xəbər verir ki, bu sözləri Rusiya Araşdırma İnstitutunun prezidenti Salih Yılmaz qeyd edib.

Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket komplekslərinin taleyi ilə bağlı fikirlərini bölüşən professor bildirib ki, sistemin bütün hissələri Türkiyəyə tədarük edilib və hərbi heyətin təlimləri başa çatıb: “Bundan sonra S-400 məsələsində təşəbbüs sadəcə Türkiyədədir. 1 saat ərzində aktivləşdirmə imkanlarına sahibdirlər”.

Qeyd edək ki, Türkiyə ilə Yunanıstan arasında Aralıq dənizində baş qaldıran gərginlikdən sonra Fransa Afinaya “Rafale” döyüş təyyarələrindən istifadə etmək təklifi verib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə