Ukrayna MDB-nin daha üç sazişində iştirakını dayandırıb

Ukrayna MDB-nin daha üç sazişində iştirakını dayandırıb

Ukraynanın Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən Ukrayna MDB-nin daha üç sazişində - Baytarlıq sahəsində, təşkilata üzv olan dövlətlərin ərazilərinin sanitar mühafizəsi sahəsində əməkdaşlıq haqqında və Bitki Karantini üzrə Koordinasiya Şurasının yaradılması barədə sazişlərdə iştirakını dayandırıb.

SİA xəbər verir ki, bu qərar hökumətin sentyabrın 2-si keçirilmiş iclasında qəbul edilib.

Xatırladaq ki, avqust ayında Ukrayna MDB çərçivəsində yeddi beynəlxalq sazişdən çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə