Dünyanın ən böyük səddinin yeni qalıqları gün üzünə çıxıb. SİA-nın məlumatına görə, çinli arxeoloqlar ölkənin şimal-şərqindəki Lioninq əyalətində Çin səddinin 20 kilometrlik yeni qalıqlarını aşkar ediblər.
Arxeoloqlar bildiriblər ki, qalıqlar əsasən daşlardan ibarətdir: "Dünyada ən böyük divarlar bizə aiddir. Bu gün o möhtəşəm divarların hansısa qalıqlarını tapmaq bizim üçün arxeoloji sahədə böyük nailiyyətdir. Əksəriyyəti daş və kərpiclərdən ibarət olan bu qalıqlar Suikonq qəsəbəsinin dağlıq bölgəsində tapılıb".
Maraqlıdır ki, bölgə səlahiyyətlisi uzun illərdir burada yaşayan heç bir kəndlinin bunu bilmədiyini deyib: "Bu gün aşkara çıxan qalıqların ətrafında uzun illərdir ki, kəndlilər yaşayır. Onlar Çin səddinin nadir tapıntısı sayılan bu qalıqlardan ev və daxma istehsalında istifadə ediblər. Yəni, daşlar və kərpiclər uzun illər kəndlilərin işlərinə yarayıb. Təbii ki, onlar bunu bilmədən ediblər. Yəni məqsəd tarixi abidədən istifadə etmək olmayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB