Avropalı rəsmilərin sözlərinə görə, konfransda bu məsələnin çıxış yolu Yunanıstanın bölgədən çıxarılması olub: "Avro bölgəsinin üzvü olan ölkələrin maliyyə nazirləri birlikdə Lükemburqda konfrans təşkil ediblər. Konfransın əsas müzakirə obyekti isə Yunanıstanın iqtisadi vəziyyəti olub. Konfransda Almaniyanın maliyyə naziri Volfqanq Şauble və müavini Corc Asmussen də iştirak ediblər".
Almaniyanın maliyyə naziri Yunanıstanın Avro bölgəsindən çıxarıldığı təqdirdə baş verə biləcək hadisələri sənəd halında yığıncaqda iştirak edən ölkələrə təqdim edib. Sənəddə bildirilib ki, Yunanıstan bölgədən çıxarılsa yunan pul vahidi avro qarşısında 50 % dəyərini itirəcək, bu isə Yunanıstanın borcunu iki dəfə artırıb müflisləşməsinə gətirib çıxaracaq.
Yunanıstan maliyyə nazirinin müavini Fillipos Saçinidis məsələ ilə bağlı yayılan xəbərlərin həqiqətlə əaqəsi olmadığını bəyan edib: "Məlumdur ki, bu xəbər çoxlarına sərf edib, amma qeyd edim ki, belə bir məsələ gündəmimizdə yoxdur. Bu cür xəbərlər bazarda spekulyativ oyunlara xidmət edərək Yunanıstana və avroya zərər verir. Lüksemburqun baş naziri və avro qrupu rəhbəri Jan-Klod Junkerin təşkilatçılığı ilə Lüksemburqda keçirilən konfransda Yunanıstanın maliyyə naziri Yorqo Papakostandinun da iştirak edib. Nazirin iştirakı sadəcə Yunanıstandakı iqtisadi vəziyyətin müzakirəsi ilə bağlı olub. Yunanıstanın Avro bölgəsindən çıxarılması xəbərləri isə medianın məsuliyyətsizliyidir".
Almaniyanın baş naziri Angele Merkelin sözçüsü Steffen Seibert də konfransda belə bir məsələnin gündəmə gətirilmədiyini bildirib: "Bəzi maliyyə nazirlərinin iştirak edəcəyi konfrans uzun müddətdir ki, planlanlaşdırılırdı. Lakin Yunanıstanın Avro bölgəsindən kənarlaşdırılması konfransda müzakirə edilən məsələlər arasında deyildi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB