BMT-nin Baş katibi: "Pandemiya kişi və qadın bərabərliyini dəyişib"

BMT-nin Baş katibi: "Pandemiya kişi və qadın bərabərliyini dəyişib"

BMT-nin Baş katibi Antonio Quterres COVID-19-un gender bərabərliyində əldə edilən irəliləyişlərə mənfi təsir göstərdiyini bildirib. SİA xəbər verir ki, onun sözlərinə görə epidemiya 10 illər ərzindən qadın və kişi hüquqlarının bərabərliyi istiqamətində əldə edilmiş uğurları kölgələyir.

Quterres vurğulayıb ki, epidemiyanın ilk günlərindən etibarən qadınlar COVID-19-la mübarizədə ön sırada yer tutublar: "Onlar həm tibb işçiləri kimi, həm müəllim kimi, həm də ailədə və cəmiyyətdə digər əhəmiyyətli missiyaları ilə fərqləniblər. Səhiyyə işçilərinin 70-90 faizinin qadın olmasına baxmayaraq, onlardan yalnız 30 faizi qərar qəbul etmək iqtidarındadırlar".

BMT-nin Baş katibi bununla yanaşı dünyada milyonlarla qızın ailələri tərəfindən məktəbdən kənarlaşdırıldığını və bəzi ölkələrdə yeniyetmə hamiləliklərinin artdığını bildirib, o, bütün bunları qorxulu faktlar kimi səciyyələndirib.

Quterres əlavə edib ki, artıq daha bərabər, əhatəli və davamlı cəmiyyətləri qurmağın vaxtı gəlib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə