İran Birləşmiş Ərəb Əmirlikləri xəyanətkar adlandırdı ŞOK AÇIQLAMA
İranın ali dini lideri Ayətullah Əli Xamenei Birləşmiş Ərəb Əmirliklərini İslam dünyasına xəyanət etməkdə günahlandırıb. SİA xəbər verir ki, İsrail dövləti ilə münasibətləri nizamlamağa çalışan Birləşmiş Ərəb Əmirliklərininin ölkə ilə müqavilə imzalamasına məsələsinə Ayətullah Əli Xamenei rəsmi "Twitter" hesabından münasibət bildirib.
"Birləşmiş Ərəb Əmirlikləri İslam dünyasına, ərəb millətlərinə, bölgə ölkələrinə və Fələstinə xəyanət etdi. Əlbəttə ki, bu xəyanət uzun çəkməyəcək. BƏƏ bu ləkəni uzunmüddət daşıyacaq. Ümid edirəm ki, tezliklə ağılları başlarına gələr və bu hərəkətlərinə düzəliş edərlər”.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri ilə İsrail dövləti arasında münasibətlərin nizamlanmasına dair 13 avqust tarixindən etibarən razılaşma əldə edilib. Burada vasitəçi rolunda ABŞ prezidenti Donald Tramp iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB