Türkiyə XİN İsveçdə Quranın yandırılması təxribatına sərt mövqe bildirib
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İsveçdə Quranın yandırılması təxribatına sərt mövqe bildirib.
SİA Türkiyə XİN-ə istinadla xəbər verir ki, nazirlik Danimarkadan İsveçin Malmö şəhərinə gələn İslam düşməni, irqçi bir “siyasətçi” ilə tərəfdarlarının “Qurani-Kərim”ə qarşı çirkin davranışları şiddətlə qınadığını bildirib: “Sözügedən davranışlar birgə yaşayışa və Avropa dəyərlərinə də vurulan zərbədir. Avropada yaşayan müsəlmanların son vaxtlar gündəlik həyatlarında sistemli şəkildə ayrı-seçkilik, irqçilik və İslam əleyhinə təzyiqlərlə üzləşirlər. Müqəddəs kitabımız olan “Qurani-Kərim”ə qarşı sərgilənən belə təhqiramiz hərəkətlər buna bariz nümunədir”.
XİN-in mövqeyində daha sonra bildirilib ki, İsveç səlahiyyətliləri Qurana qarşı təxribat yaradan və qondarma siyasətçinin ölkəyə girişinə qadağa qoyan nümayişə icazə verməsələr də, avqustun 28-də ifrat sağçı partiyanın üzvləri təxribatçı hərəkətlərə əl atıblar: “İsveç hakimiyyətinin icazəsiz nümayişdə Qurana hörmətsizlik edənləri həbs etməsi düzgün addımdır. İsveç səlahiyyətlilərini gələcəkdə bu ölkədəki müsəlmanlara hörmətsizlik edənlərə qarşı lazımi tədbirlər görməyə dəvət edirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB