Aİ həqiqətən də Şərqi Aralıq dənizindəki problemin həllini istəyirsə, bitərəf olmalıdır - Türkiyə XİN-in sözçüsü
Türkiyənin və Kipr türklərinin Şərqi Aralıq dənizində qanuni haqlarını tanımaq istəməyən Yunanıstan və Cənubi Kiprə Avropa İttifaqı (Aİ) tərəfindən həmrəylik bəhanəsi ilə dəstəyin verilməsi mövcud gərginliyi daha da artırmaqdadır. Türkiyənin öz dəniz sularında karbohidrogen ehtiyatları axtarmasını tənqid etməyə və bu fəaliyyəti dayandırmağı tələb etməyə Avropa İttifaqının haqqı yoxdur.
SİA xəbər verir ki, bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoyun mövzu ilə bağlı yazılı açıqlamasında yer alıb. Bildirilib ki, Türkiyə dialoq tərəfdarı olduğunu bəyan etdiyi halda, Avropa İttifaqı sanksiyalar hədəsi ilə danışır.
Türkiyənin qarşısındakı bütün hüquqazidd ittifaqlara baxmayaraq, o, özünün və Şimali Kiprin bütün mənafelərini qorumağa davam edəcəyini diqqətə çatdıran Hami Aksoy deyib ki, əgər Avropa İttifaqı həqiqətən də Şərqi Aralıq dənizindəki problemin həllini istəyirsə, bitərəf olmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB