Almanyada gözlənilənlərin əksinə havaların isti geçməsi əkinçilikdə quraqlıq təhlükəsi yaradıb. SİA-nın Türkiyənin "Hürrriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, mütəxəssislərin "130 ildən sonra ən isti aprel ayı geridə qaldı" açıqlamalarına baxmayaraq, fermerlərin narahatçılığı davam edir.
Əkdikləri məhsulun tarlada qurumaması üçün, xüsusilə Aşağı Saksonya fermerləri yağışı dörd gözlə gözləyilər. Almaniyanın bir çox bölgəsində cücərmə mərhələsində olan və yağışa ehtiyac duyan minlərlə hektar sahədə məhsul qurumağa başlayıb. Bunlardan ən çox təsirlənən bölgələrdən biri Hannoverdə mövsüm normalarından az yaz yağışlarının düşməsi səbəbi ilə kartof, şəkər çuğunduru, qarğıdalı kimi məhsulların böyük hissəinin quruduğu bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB