Türkiyənin Ağrı vilayətində antiterror əməliyyatı zamanı hərbi qulluqçu həlak olub

Türkiyənin Ağrı vilayətində antiterror əməliyyatı zamanı hərbi qulluqçu həlak olub

Türkiyənin Ağrı vilayətində antiterror əməliyyatı zamanı türk hərbi qulluqçusu həlak olub.

SİA xəbər verir ki, hərbiçi terrorçuların mağarasında tapılan ilk zəruri əşyaları məhv edərkən şrapnel parçasının dəyməsi nəticəsində yaralanıb.

İlkin tibbi yardım göstərildikdən sonra o helikopterlə Ağra vilayətinin Tədris və Araşdırma Xəstəxanasına aparıldı.

Hərbçinin vəziyyəti ağır olduğuna görə Atatürk Universitetinin tədqiqat xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə