Ermənistanda koronavirusun ikinci dalğası gözlənilir

Ermənistanda koronavirusun ikinci dalğası gözlənilir

Ermənistanda koronavirusun ikinci dalğası məktəblərin açılması, iqtisadi sektorun fəaliyyəti nəticəsində mümkündür. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan "Azadlıq Radiosu"na açıqlamasında deyib.

Ermənistanın təhsil naziri deyib ki, təhsil müəssisələrinin açılması zərurətdir, lakin, infeksiyanın sürətlə yayılmasına bu səbəb ola bilər.

“Bütün anti-epidemioloji tədbirlərə riayət etmək, sosial məsafəni qorumaq məsələsinə riayət etmək, mütləq maskalar taxmaq lazımdır. Bir yoluxmuş uşaq sinifdə və eləcə də ailələrdə yüzdə yüz infeksiyanın yayılmasının səbəbkarı ola bilər”, deyə Ermənistanın səhiyyə naziri bildirib.

Torosyan qeyd edib ki, bunun baş verməməsi üçün hər şey etmək lazımdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə