Ermənistanda COVİD-19-a yoluxanların sayı 43-minə çatıb

Ermənistanda COVİD-19-a yoluxanların sayı 43-minə çatıb

Ermənistanda son sutka ərzində daha 111 nəfərdə koronavirus aşkarlanıb. SİA-nın məlumatına görə, beləliklə Ermənistanda COVİD-19-a yoluxanların sayı 42 min 936-ya yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 858-ə çatıb. İndiyədək 36 min 475 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 5 min 343 aktiv koronavirus xəstəsi var.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə