Yaponiyada son sutka ərzində bütün ölkə üzrə daha 718 nəfər koronavirusa yoluxub

Yaponiyada son sutka ərzində bütün ölkə üzrə daha 718 nəfər koronavirusa yoluxub

Yaponiyada son sutka ərzində bütün ölkə üzrə daha 718 nəfər koronavirusa yoluxub. Bunlardan 182-si paytaxt Tokionun payına düşüb.

SİA xəbər verir ki, bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinin və yerli administrasiyaların yaydığı birgə məlumatda bildirilir. Beləliklə, ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 64 min 714 nəfərə çatıb.

Hakimiyyət orqanları, həmçinin son sutkada daha 14 nəfərin həyatını itirdiyini bildiriblər. Bununla da pandemiya başlayandan bəri Yaponiyada virusun yaratdığı xəstəlikdən ölənlərin ümumi sayı 1230 nəfərə çatıb.

Nazirliyin bildirdiyinə görə, hazırda xəstəxanalara yerləşdirilmiş 252 xəstənin vəziyyəti çox ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə