Türkiyədə son sutkada daha 18 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib

Türkiyədə son sutkada daha 18 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib

Türkiyədə son 24 saat ərzində daha 18 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

SİA-nın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 6 139 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 443 yeni yoluxma halı qeydə alınıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 743 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 237 908 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə