Gürcüstanda mikroavtobusun uçuruma aşması nəticəsində 12 nəfər ölüb
Gürcüstanın Şatili kəndi ərazisində mikroavtobus, təxminən, 80 metr yüksəklikdən uçuruma aşıb.
SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qəza nəticəsində 12 nəfər ölüb, 3 nəfər yaralanıb.
Hadisə yerinə polis, xilasedicilər və təcili tibbi yardım briqadası cəlb edilib.
Qalan sərnişinlərin axtarışı davam edir.
Faktla bağlı araşdırma başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB