İtaliyada son sutkada koronavirusa yoluxma sayında son 3 ayın rekordu qeydə alınıb

İtaliyada son sutkada koronavirusa yoluxma sayında son 3 ayın rekordu qeydə alınıb

İtaliyada son sutka ərzində 947 nəfər koronavirusa yoluxub.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə cümə günü ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu, mayın 16-dan bəri qeydə alınan rekorddan 100 nəfər çoxdur.

Son 24 saat ərzində 9 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, İtaliyada yoluxanların ümumi sayı 257 065-ə çatıb, onlardan 35 427 nəfər ölüb, 204 960 nəfər sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə