Türkiyənin Antalya bölgəsinə gələn turistlərin sayı əvvəlki illərlə müqayisədə azdır

Türkiyənin Antalya bölgəsinə gələn turistlərin sayı əvvəlki illərlə müqayisədə azdır

Türkiyənin Antalya bölgəsinə xarici ölkələrdən aviareyslərin bərpa edilməsinə baxmayaraq turistlərin sayı əvvəlki illərlə müqayisədə çox azdır. Yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən əhəmiyyətli dərəcədə aşağı düşən bu sayı sürətlə artırmaq imkanı geniş deyil. Çünki mövsüm başa çatmaq üzrədir.

SİA xəbər verir ki, Antalya cari ilin ilk günündən avqustun 19-dək 1 milyon 87 min 959 xarici turist qəbul edib. Bu müddətdə 31 ölkədən gələn turistlər arasında sayca ukraynalılar birinci, rusiyalılar ikinci yerdədir.

Xatırladaq ki, ötən ilin yanvar-iyun aylarında Antalya 193 ölkədən 5 milyon 591 min 996 xarici turist qəbul edib.

Bütün xəbərlər Facebook səhifəmizdə