İngiltərənin dövlət borcu pandemiyanın təsiri ilə artaraq ilk dəfə 2 trilyon funt sterlinqi (2,6 trilyon ABŞ dolları) keçib. SİA xəbər verir ki, ümumi dövlət borcu ÜDM-nin 100 faizini aşan İngiltərə iqtisadiyyatı 1960-cı illərdən bəri ən böyük borc yükü ilə üzləşib.
Qeyd edək ki, İngiltərənin büdcə balansında iyul ayında 26,7 milyard funt sterlinq kəsir yaranmışdı. Borclanma isə maliyyə ilinin ilk 4 ayında 150,5 milyard funt sterlinq səviyyəsində qeydə alınıb.
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB