Bu gün səhər saatlarında Türkiyənin Marmara bölgəsində yağan leysan yağışları İstanbulda mənfi fəsadlara səbəb olub. SİA xəbər verir ki, güclü yağış səbəbindən şəhərin mərkəzi bölgələrindən olan Mecidiyeköy və Okmeydanı rayonlarında yollarda irimiqyaslı gölməçələr yaranıb. Bəzi yollarda maşınları sudan çıxarmaq mümkün olmayıb.
Bölgəyə yanğınsöndürmə və xilasedici briqadalar cəlb olunub.
Hazırda təbiət hadisəsinin fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB