Türkiyə Ukrayna ilə yeni iqtisadi müqavilənin bağlanmasında maraqlıdır
Ukrayna Türkiyə ilə azad ticarət zonası barədə hərtərəfli Sazişin bağlanılmasında maraqlıdır. SİA xəbər verir ki, Ukraynanın İqtisadiyyat, Ticarət və Kənd Təsərrüfatının İnkişafı Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə qurumda “Ukrayna-Türkiyə: əməkdaşlıq üçün yeni imkanlar” konfransının yekunlarına əsasən bildiriblər.
Nazir müavini Taras Kaçka qeyd edib ki, 2019-cu ildə Türkiyə Ukrayna ilə ticarət dövriyyəsinin həcminə görə Yaxın Şərq regionu ölkələri arasında birinci yeri tutub və Ukrayna tərəfi mal və xidmətlər bazarlarına çıxışın genişləndirilməsinə kömək edəcək iki ölkə arasında azad ticarət barədə hərtərəfli Sazişin bağlanılmasında maraqlıdır.
Onun sözlərinə görə, iqtisadi sahədə ikitərəfli əməkdaşlığın fəallaşmasının əsas alətlərindən biri ticari-iqtisadi əməkdaşlıq üzrə Ukrayna-Türkiyə Hökumətlərarası Komissiyasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB