Avropa İttifaqı Şurası Belarusdakı vəziyyəti müzakirə edəcək

Avropa İttifaqı Şurası Belarusdakı vəziyyəti müzakirə edəcək

Avropa İttifaqı (Aİ) Şurası Belarusdakı vəziyyəti müzakirə etmək üçün təcili videokonfrans keçirəcək. SİA-nın məlumatına görə, bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel "Twitter"də yazıb.

"Bu həftənin çərşənbə günü saat 12:00-da Aİ Şurası üzvlərinin iclasını çağıracağam. Belarus xalqının öz gələcəyi ilə bağlı qərar vermək və liderini sərbəst seçmək hüququ var. Etirazçılara qarşı zorakılıq qəbuledilməzdir və buna icazə verilmir", - deyə Şarl Mişel qeyd edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə