ABŞ prezidenti Donald Tramp Mişel Obamanın tənqidlərinə qısa zamanda cavab verib. SİA-nın məlumatına görə, Tramp B.Obamanın administrasiyasını tarixin ən korrupsioner qurumu adlandırıb və onu seçki kampaniyasında casusluqda ittiham edib.
“Obama və Bayden administrasiyası (keçmiş administrasiyada vitse-prezident vəzifəsini icra edib - red.) tarixdəki ən ədalətsiz, ən korrupsioner quruluş olub. Onlar mənim seçki kampaniyamda da casusluq etdilər. Bu, ölkə tarixindəki ən böyük siyasi qalmaqaldır. Buna isə xəyanət deyilir və daha çoxu... Çox “xoş sözlərə görə” təşəkkür edirəm, Mişel!”, - Tramp Tvitterdə yazıb.
Qeyd edək ki, ABŞ-ın eks prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obamanın hazırkı Ağ Ev rəhbəri Trampın öz işini görmədiyini söyləyib. Onun işsizliyin artmasına, iqtisadi tənəzzülə, sağlamlıq problemlərinə, irqçiliyə, habelə beynəlxalq aləmdə ənənəvi müttəfiqlərinin itirilməsinə və həyat yoldaşının daxil olduğu sazişlərin rədd edilməsinə səbəb olan hərəkətlərini tənqid edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB