“TikTok” ABŞ-ın istifadəçi məlumatlarını Çinə ötürmək ittihamlarını rədd edib. SİA xəbər verir ki, açıqlamada “TikTok" istifadəçilərin məlumatlarını Çin hökumətinə satmadığını bildirib.
""TikTok" heç vaxt istifadəçi məlumatlarını Çin hökuməti ilə bölüşməyib və heç bir halda bunu etməyəcək” - deyə, açıqlamada deyilir.
Şirkət buna əks olan bütün iddiaların “əsassız və yalan” olduğunu vurğulayır.
Qeyd edək ki, daha əvvəl ABŞ administrasiyası sosial şəbəkəni istifadəçi məlumatlarının Pekinə ötürülməsində ittiham etmişdir.
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB