Son 24 saatda Pakistanda COVID-19 koronavirusuna 498 adam tutulub. Bununla da belə xəstələrin sayı 289 min 215 nəfərə çatıb.
SİA Pakistan mətbuatına istinadən xəbər verir ki, son sutkada infeksiyasından 7 xəstə həyatını itirib. Bununla da dünyasını dəyişənlərin sayı 6 min 175 nəfər olub.
Hazırda xəstəxanalarda 13 min 953 pasiyentin olduğu bildirilir. 771 xəstə ağır vəziyyətdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB