Almaniyada içərisində 28 şagirdin olduğu avtobus ağaca çırpılıb

Almaniyada içərisində 28 şagirdin olduğu avtobus ağaca çırpılıb

Almaniyanın Vilnsdorf şəhərində içərisində 28 şagirdin olduğu avtobus qarşı zolağa çıxaraq ağaca çırpılıb.

Bu barədə SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 13 şagird xəsarət alıb. Üç şagird və sürücüsü xəstəxanaya yerləşdirilib. Onların həyatları üçün heç bir təhlükənin olmadığı vurğulanıb.

Xəsarət alanlara yanğınsöndürmə xidmətinin 50 əməkdaşı tərəfindən yerindəcə yardım göstərilib.

Qəza baş verən ərazidə bir neçə saat yol bağlı qalıb.

Hadisənin başvermə səbəbi araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə