Rumıniyada koronavirusa yoluxanların sayı 70 mini ötüb

Rumıniyada koronavirusa yoluxanların sayı 70 mini ötüb

Rumıniyada koronavirusa yoluxanların sayı 70 mini ötüb.

SİA Rumıniya Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, xəstələrin sayı 70 min 461 nəfərə çatıb. Son 24 saat ərzində 1087 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 2991 nəfərdir. 32 min 587 nəfər sağalıb.

Qeyd edək ki, Rumıniya hökuməti pandemiya ilə əlaqədar vətəndaşları diqqətli olmağa, sanitar normalara riayət etməyə çağırır.

Bütün xəbərlər Facebook səhifəmizdə