Türkiyədə koronavirusa yoluxanların sayı yenidən rekord həddə çatıb. SİA xəbər verir ki, Türkiyənin Səhiyyə Nazirliyinin müvafiq məsələlər üzrə Elmi Komitəsi Qurban Bayramı tətilindən sonra ölkədə yoluxmaların sayının yenidən artığını açıqlayıb.
Nəticələrə əsasən yoluxmalar yenidən ən yüksək səviyyəyə çatıb. Səhiyyə Nazirliyinin Koronavirus Elmi Komitəsinin üzvü Afşin Kayıpmaz bildirib ki, son 45 gün ərzində koronavirusa yoluxma hallarının yenidən artmasına və ən yüksək səviyyəyə çatmasına səbəb bayram tətili zamanı insanların qaydalara əməl etməməsindən irəli gəlir.
Onun sözlərinə görə, 14 iyul tarixindən etibarən ölkədə yoluxmaların sayı mindən aşağı düşüb. Lakin, 4 avqust tarixindən etibarən yoluxmaların sayında yenidən artım müşahidə olunub. Artıq, ölkə üzrə gündəlik virusa yoluxanların sayı 1000-dən çoxdur.
Əhalinin müəyyən olunan qaydalara riayət etməməsinin pandemik vəziyyəti ölkənin əleyhinə çevirməsi kimi qiymətləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB