Gürcüstanda baş verən yol qəzasında 4 azərbaycanlı vəfat edib - VİDEO

Gürcüstanda baş verən yol qəzasında 4 azərbaycanlı vəfat edib - VİDEO

Ötən gecə Gürcüstanın Kvemo Poniçala (Soğanlıq) qəsəbəsində ağır yol qəzası törətməkdə ittiham olunan sürücü qadın saxlanılıb. SİA-nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Aparılan əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Poniçalada baş verən yol qəzasında təqsirləndirilən şəxs 1995-ci il təvəllüdlü P.G.-ni polis bu gün saxlayıb.

İstintaqla müəyyən olunub ki, sözügedən xanım idarə etməni itirərək əvvəlcə yol kənarındakı dirəyə çırpılıb daha sonra isə yolu piyada keçən Məmmədovlar ailəsinin 7 üzvünü vurub. Məlumata görə sürücü qadın hadisə yerindən qaçıb.

Hadisə ilə bağlı iki və ya daha çox insanın ölümünə səbəb olma maddəsi ilə Gürcüstan Cinayət Məcəlləsinin 128-ci və 276-cı maddəsinin 8-ci hissəsi üzrə istintaq başladılıb.

Saxlanılan qadın sürücünü 6 ildən 10 ilədək həbs cəzası gözləyir.

Xatırladaq ki, qəza zamanı 25 yaşlı qadın və onun 4 yaşlı uşağı hadisə yerində dünyasını dəyişib. Xəsarət alan 4 nəfər xəstəxanaya çatdırılıb, ikisinin həyatını xilas etmək mümkün olmayıb. Onlardan biri 7 yaşlı uşaq olub.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə