İsrail daha bir dövlətlə barışıq müqaviləsi imzalayacaq

İsrail daha bir dövlətlə barışıq müqaviləsi imzalayacaq

"Bu il Afrika ölkəsi ilə əlavə bir müqavilə bağlanacaq. Fikrimcə, Sudan da İsrail Dövləti ilə barışıq müqaviləsi imzalayacaq". SİA xəbər verir ki, bunu Mossad rəhbəri Eli Cohen deyib.

O bildirib ki, yaxın vaxtlarda Sudan ilə diplomatik əlaqələrdə bir irəliləyiş gözləyir.

Cohen yeni sülh razılaşmalarının digər İran körfəz ölkələri ilə, xüsusən də Oman və Bəhreynlə mümkün olduğunu söyləyib.

Qeyd edək ki, İsrail xeyli müddətdir Sudan ilə münasibətlərin normallaşdırılması məsələsini müzakirə edir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə