Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin nəvəsi Londonda vəfat edib

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin nəvəsi Londonda vəfat edib

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Londonda vəfat edib.

SİA-nın məlumatına görə, bu barədə Zakon.kz xəbər verir.

İlkin versiyaya görə, Dariqa Nazarbayevanın 30 yaşlı oğlu Aysultan Nazarbayevin ölümünə səbəb ürək tutması olub.

Hadisənin təfərrüatları barədə geniş məlumat yoxdur.

Qeyd edək ki, daha əvvəl Aysultan Nazarbayevin Böyük Britaniyadan siyasi sığınacaq istəməsi barədə məlumat verilmişdi.

Gənc oğlan ailəsinin ona təzyiq göstərdiyini söyləyirdi.

Nazarbayevin qızı Dariga oğlunun ölüm xəbərini təsdiqləyib. Bu barədə “RİA Novosti” məlumat yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə