Rusiyada koronavirusa qarşı peyvəndləmə tarixi açıqlandı

Rusiyada koronavirusa qarşı peyvəndləmə tarixi açıqlandı

Rusiyada koronavirusa qarşı peyvəndləmə 9-12 aya mümkün olacaq. SİA-nın verdiyi məlumata görə, bunu Milli Araşdırma Mərkəzinin rəhbəri Aleksandr Qinçburq deyib.

Onun sözlərinə görə, dərmanların ilk tədarükü ölkənin 10-15 bölgəsində həyata keçiriləcək. Lakin bu bölgələrin adları çəkilməyib. O, əlavə edib ki, ilin sonuna qədər bəlkə də, bir yarımdan iki milyona qədər peyvənd hazırlanacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə