ABŞ hərbçilərinin İrana məxsus 4 tankeri həbs etməsi haqqında dolaşan xəbərlər həqiqəti əks etdirmir. SİA xəbər verir ki, bu bəyanatla İranın Venesueladakı səfiri Höcətullah Sultani çıxış edib.
O bildirib ki, İrandan Venesuelaya benzin daşıyan 2 tanker yükü boşaltdıqdan sonra İrana qayıdıblar.
Qeyd edək ki, ABŞ-da dərc olunan “The Wall Street Journal” qəzetində dünən İranın 4 tankerinin həbs edilməsi haqqında xəbər dərc olunub. Lakin İran tərəfi bu xəbəri təkzib edib və heç bir tankerinin həbs edilmədiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB