Səudiyyə Ərəbistanında benzinin qiyməti artıb

“Saudi Aramco” şirkəti Səudiyyə Ərəbistanında benzinin qiymətini artırıb. SİA xəbər verir ki, bu barədə rəsmi SPA agentliyi məlumat yayıb.

Şirkət bu gündən “91” markalı benzinin qiymətini 1,29 Səudiyyə rialından (SRI) 1,43-ə, “95” markalı “Premium” yanacağı isə 1,44 SRI-dən 1,60-a qaldırıb.

Agentliyin xəbərində qeyd olunur ki, cari ilin fevralından Krallıqda benzinin qiymətləri on gündən bir yenilənir. Şirkət Səudiyyə Ərəbistanında yanacağın qiymətlərini dünya bazarlarına uyğun olaraq tənzimləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə