ABŞ-da 8 yaşlı uşaq həbs edilib FOTO

ABŞ-ın Florida ştatında 8 yaşlı əlil uşağa polis tərəfindən qandal taxılıb. SİA xəbər verir ki, uşaq müəllimə yumruq atdığına görə polis tərəfindən qandallanıb və həbs edilib.

Ailənin vəkili Ben Kramp, hadisənin videogörüntülərini dünən mətbuata təqdim edib. Belə ki, 2018-ci ildə baş verən hadisənin görüntülərində polis ağlayan uşağı həbs edərək onu qorxutmaq məqsədilə həbsxanaya aparılacağını bildirib.

Bu videogörüntülər ABŞ-da böyük reaksiyalara səbəb olub. Azyaşlı uşağın ailəsi hadisə yerində iştirak etmiş 3 polis əməkdaşını məhkəməyə verib.

Vəkil Kramp, polisin nisbi güc tətbiq etdiyini bildirib.

Görüntüdə isə polis uşağı hadisədə günahlandıraraq onu bu işə məcbur etdiyini bildirib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...