Polşadan Belarusdakı prezident seçiklərilə bağlı Avropa İttifaqına - ÇAĞIRIŞ

Polşanın Baş naziri Mateuş Moraveski Avropa İttifaqının fövqəladə sammitinin keçirilməsinə dair çağırış edib. SİA xarici KİV-lərə istinadən xəbər verir ki, Moraveski Belarusda prezident seçkilərinə etiraz olaraq keçirilən dinc etiraz aksiyalarında vətəndaşlara qarşı güc tətbiqi ilə əlaqədar sammitin keçirilməsini tələb edir.

"Belarusda keçirilmiş prezident seçkilərindən sonra ölkədə dəyişiklik tələb edən vətəndaşlara qarşı güc tətbiq edilib. Belarusluların azadlıq yolunda səy göstərmələrini qətiyyətlə dəstəkləməliyik. Polşa ən yaxın qonşularna cavabdehdir. Buna görə baş nazir Avropa Şurasının sədri Şarl Mişelə və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə (təkliflə) Belarusdakı hadisələrlə əlaqədar Avropa Şurasının fövqəladə zirvə toplantısını çağırmaq üçün məktub yazıb", - baş nazirin ofisindən ​​bildirilib.

Qeyd edək ki, bazar günü Belarusda prezident seçkiləri keçirilib. MSK-nın məlumatına görə, hazırkı dövlət başçısı Aleksandr Lukaşenko 80,23%, ona ən yaxın rəqib Svetlana Tixanovskaya isə 9,9% səs toplayb. Tixanovskaya MSK-nın nəticələrini tanımadıqlarını söyləyib və əlavə edib ki, o, əslində 70-80% səs toplayıb.

Minskdəki seçki məntəqələri bağlandıqdan sonra səhərə qədər dinc etiraz aksiyaları keçirilib. Hüquq-mühafizə qüvvələrinin kütləyə qarşı rezin güllələr, qumbara və su şırnaqlarından istifadə etdiyi bildirilir.
Rusiya və MDB müşahidəçiləri seçkilərin şəffaf keçirildiyini açıqlamışdı.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...