Liviya Türkiyədən borc istəyib

Liviya Türkiyədən borc istəyib

Liviya Türkiyədən borc istəyib. SİA-nın məlumatına görə, rəsmi Liviya Türkiyənin Xarici İşlər Nazirliyindən 3 milyon TL (türk lirəsi) dəyərində maliyyə dəstəyi istəyib.

Liviya Səfirliyi bəzi xərclərinin qarşılana bilməsi üçün nazirliyə məktub göndərib. Məktubda ifadə olunub ki, Liviyadakı qarşıdurmalar səbəbilə Türkiyəyə pul həvalə edilə bilmir.

Bununla yanaşı, səfirliyin ümumi xərcləri və işçılərin əmək haqları da ödənilə bilmir. Səfirlik bu məbləğin təxminən 6 aylıq xərcləri qarşılayacağını bildirərək qeyd edib ki, türk tərəfi mənfi cavab verərsə səfirlik boşaldılaraq öz fəaliyyətini dayandıracaq.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi Liviyanın bu istəyini qəbul edib.

Bütün xəbərlər Facebook səhifəmizdə