Çində ötən gün 23 nəfərdə yeni növ koronavirusun aktiv forması aşkarlanıb

Çində ötən sutka ərzində 23 nəfərdə yeni növ koronavirusun aktiv forması aşkarlanıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, yeni yoluxma hallarından 8-i xaricdən gələn vətəndaşlarda, 15-i isə ölkə daxilində qeydə alınıb.

Bildirilir ki, ötən sutka ərzində 11 nəfərdə simptomsuz koronavirus aşkarlanıb. Simptomsuz koronavirus daşıyıcıları həkimlərin nəzarəti altında saxlanılır.

Qeyd edilir ki, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 84 619 nəfərə çatıb, ölənlərin sayı isə 4 634 nəfər səviyyəsində qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...