Çində ötən sutka ərzində 23 nəfərdə yeni növ koronavirusun aktiv forması aşkarlanıb.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, yeni yoluxma hallarından 8-i xaricdən gələn vətəndaşlarda, 15-i isə ölkə daxilində qeydə alınıb.
Bildirilir ki, ötən sutka ərzində 11 nəfərdə simptomsuz koronavirus aşkarlanıb. Simptomsuz koronavirus daşıyıcıları həkimlərin nəzarəti altında saxlanılır.