Liviyanın xarici işlər nazirinin müavini Xalid Kayma Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğanın bəyanatına cavab verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə XİN rəsmisi bildirib ki, Qəddafinin istefadan getməsini yalnız xalq istəyə bilər: "Bunun Türkiyə tərəfindən bəyan edilməsi düzgün deyil. İstefanı yalnız xalq tələb edə bilər"-deyə o, əlavə edib.
Qeyd edək ki, Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan Liviya lideri Müəmmar Qəddafiyə öz postunu tərk etməsi təklifi ilə çıxış etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB