Bəşər Əsəd vəziyyəti ələ alır

Bəşər Əsəd vəziyyəti ələ alır

Suriyada hökumət əleyhinə aksiyaların əsas mərkəzi sayılan Deraada hərbi əməliyyat başa çatıb. SİA-nın türk mətbautına istinadən verdiyi xəbərə görə, ordu birləşmələri artıq şəhəri tərk etməyə başlayıb. Qeyd edək ki, Suriya ordusu və təhlükəsizlik qüvvələri Dəməşqdən 120 kilometr cənubda yerləşən Deraada əməliyyata aprelin 25-də başlayıblar. Əməliyyat zamanı 50-dən çox insan ölüb, 1000-dən artıq insan həbs edilib.

 

Xatırladaq ki, İordaniya ilə sərhəddə yerləşən bu şəhərdə etiraz aksiyaları martın ortalarında başlayıb. Nümayiş iştirakçıları ilə hüquq-mühafizə orqanları arasında toqquşmalarda 500-dən artıq insan həlak olub. Rəsmi rəqəmlərdə isə toqquşmalar zamanı 70 mülki şəxsi, 78 əsgər və polisin öldüyü bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə