İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Tehran Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "Boeing" sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Ukraynaya təzminat ödənilməsinə razılıq verib. SİA-nın məlumatına görə, bu barədə “IRNA” agentliyi xəbər verib.
“İran təyyarəyə görə təzminat ödəməyə razılıq verib, lakin bu məsələnin reallaşması vaxt aparacaq və texniki və hüquqi baxımdan müxtəlif aspektlərə malikdir”, - XİN-də bəyan ediblər.
Qeyd edək ki, Ukrayna Beynəlxalq Hava Yollarının təyyarəsi yanvarın 8-də Tehran aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra vurulmuşdu. Hadisə nəticəsində 176 nəfər vəfat etmişdi.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB