Tornado ABŞ-ın üstünə 2 milyard dollara oturacaq

Tornado ABŞ-ın üstünə 2 milyard dollara oturacaq

Aprelin sonlarında ABŞ-ın Alabama ştatında hökm sürən dağıdıcı tornadonun vurduğu maddi ziyanın məbləği 2 milyard dollara çata bilər. SİA xəbərinə görə, bu barədə "Associated Press" agentliyinə ştatın sığorta üzrə məsul şəxsi Cim Ridlinq məlumat verib. 2004-cü ildə "İvan" qasırğası da ABŞ-a baha başa gəlmişdi. Alabamada ev sahiblərinin 70-75 faizi ziyandan sığortalanıblar. ABŞ-ın fövqəladə hallarla mübarizə üzrə Federal agentliyi sığorta olunmamış şəxslərə yardım edə bilər.

 

Alabama ştatının 67 dairəsindən 38-də fövqəladə vəziyyət elan edilib. Müxtəlif məlumatlara görə, ABŞ-ın cənub ştatlarında tornado ən azı 340 nəfərin həyatına son qoyub. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün ABŞ-ın bütün fövqəladə xidməti və idarələri səfərbər edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə