Yaponiyanın Fukusimo prefekturasındakı restoranlardan birində partlayış olub - 17 nəfər xəsarət alıb

Yaponiyanın Fukusimo prefekturasındakı  restoranlardan birində partlayış olub - 17 nəfər xəsarət alıb

Yaponiyanın Fukusimo prefekturasında baş verən partlayış zamanı 17 nəfər xəsarət alıb.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə NHK telekanalı məlumat yayıb.

Partlayış Koriyama şəhərində baş verib. Bildirilir ki, nəticəsində kiçik bina dağılıb, yaxınlıqdakı bank ziyan çəkib, onun əməkdaşları və müştəriləri xəsarət alıb.

Partlayışın yaxınlıqdakı restoranda qaz sızmasından baş verdiyi ehtimal olunur. Hadisənin səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə