"Üsama bin Ladenin Pakistanda keçirilən xüsusi əməliyyat nəticəsində zərərsizləşdirilməsi ilə bağlı yayılan xəbərlərin düz olması barəsində heç kəsdə şübhə yaranmasın". SİA-nın xəbərinə görə, bunu ABŞ prezidenti Barak Obama CBS kanalına müsahibəsində deyib. O, qeyd edib ki, cəsəd üzərində aparılan bütün müayinələr ölüdürülən şəxsin bir nömrəli terrorçu olduğunu göstərir: "Bizim tərəfimizdən aparılan qan analizləri də haqlı olduğumuzu sübuta yetirdi. Biz həmçinin dünyanın bu hadisəyə necə reaksiya verməsini də izləyirik. Şübhəsiz ki, "Əl-Qaidə" təşkilatının nümayəndələri də bilirlər ki, Bin Laden məhv edilib. Biz hesab edirik ki, şəklin və ya cəsədin göstərilməsi nəyisə dəyişməyəcək. Fakt ondan ibarətdir ki, heç kəs daha Ben Ladeni bu dünyada görməyəcək.
Qeyd edək ki, Üsama bin Laden Pakistanda keçirilən xüsusi əməliyyat nəticəsində zərərsizləşdirilib. Onun öldürülməsi xəbərini ABŞ prezidenti Barak Obama təsdiqləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB