Qəddafi yumşalmağa başlayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Abdelila əl-Xətib Təhlükəsizlik Şurasında çıxışı zamanı Liviya hökuməti və üsyançıların yaratdığı Keçid Milli Şurasının mövqeyini açıqlayıb. Abdelila əl-Xətib bildirib ki, Liviya hökuməti və müxalifəti ölkədə atəşkəsin əldə olunmasının vacibliyi ilə razılaşsa da tərəflər arasında onun şərtləri ilə bağlı fikir ayrılıqları qalmaqdadır. Əl-Xatibin sözlərinə görə, Liviya hökuməti istənilən sülh razılaşmasının NATO-nun hücumlarına son qoyulması ilə müşayiət olunmasını istəyir.
O, qeyd edib ki, Liviya hökuməti NATO-nun hücumları dayandırılacağı halda, seçki, demokratik və konstitusiya islahatları keçirmək barədə müzakirələr aparmağa hazır olacağını açıqlayıb. Eyni zamanda Liviya hökuməti xalqın əsas ehtiyaclarının təmin olunması üçün dondurulmuş hesabların yenidən açılmasını xahiş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB