NATO-nun baş katibi Anders Foq Rasmussen Liviyaya qarşı hərbi əməliyyatın nə qədər davam edəcəyini bilmir. SİA-nın rus mətbuatına istinadən verdiyi məlumata görə, Rasmussen bu məsələnin təkcə NATO-dan asılı olmadığını deyib. Baş katib Liviya probleminin yalnız hərbi yolla həll edilməsinin mümkün olmadığını təkrarlayıb: "Nə qədər ki, Qəddafi hakimiyyətdədir, dinc əhaliyə qarşı hücumların dayandırılacağını güman etmək çətindir". O, Qəddafi ölərsə, əməliyyatın davam etdirilib-etdirilməyəcəyi sualına cavab verməyib.
Bu arada NATO qüvvələri Liviyanın paytaxtı Tripolinin qərbindəki Əl-Hayra rayonuna hava zərbələri endirib. Ölən və xəsarət alan var. Məlumatı Liviyanın dövlət televiziyası yayıb. Telekanalın yaydığı məlumata görə, koalisiya qoşunlarının zərbələri nəticəsində həmçinin infrastruktura ciddi ziyan dəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB