Ölkə üzrə bütün bazarlarda Covid-19 testi keçiriləcək - Gürcüstanda
Ölkə üzrə bütün bazarlarda Covid-19 testi keçiriləcək.
SİA Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və İctimai Səhiyyənin Milli Mərkəzinin rəhbəri Amira Qamqrelidze Koordinasiya Şurasının iclasından sonra məlumat verib.
Onun sözlərinə görə, Lilo bazarında artıq 5 nəfərda aşkarlanıb, buna görə də digər bütün bazarlarda Covid-19 testi alınacaq:
"Bazarlara daha çox diqqət yetirilməlidir, çünkü oraya hər yerdən insanlar gəlir. Termoskrining, sosial məsafə və gigyena qaydaları bütün bazarlarda ciddiləşdirilib. Bazarlarda infeksiyanın yayılma ehtimalının artıq olduğuna görə, bütün növ bazarlarda Covid-19 testləri aparılacaq".
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB