Rusiya paytaxtında koronavirusa yoluxmuş daha 10 nəfər dünyasını dəyişib

Rusiya paytaxtında koronavirusa yoluxmuş daha 10 nəfər dünyasını dəyişib

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 10 nəfər dünyasını dəyişib.

SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 4421-ə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 238 641 nəfərdə koronavirus aşkar olunub. Son sutkada isə daha 694 nəfər bu virusa yoluxub. Ümumilikdə 174 985 nəfər sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə