İraqın paytaxtı Bağdadda hökumətə qarşı etiraz aksiyaları gecə saatlarından etibarən yenidən alovlanıb. SİA-nın məlumatına görə, təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında yaşanan insident nəticəsində 2 nəfər ölüb, onlarla insan yaralanıb.
Yerli mənbələr və hadisə şahidlərinin verdiyi məlumata görə, Bağdadın mərkəzindəki “Təhrir” meydanında hüquq-mühafizə orqanları əməkdaşları həqiqi mərmidən istifadə edib.
Bəzi etirazçılar hadisə yerindən canlı yayım açaraq ölü və yaralıların ətrafdakı xəstəxanalara aparılması üçün lazım olan təcili yardım avtomobillərinin hüquq-mühafizə orqanları tərəfindən meydana girişinə icazə verilmədiyini bildirib.
Siyasi fəallar sosial media vasitəsilə Baş nazir Mustafa əl-Kazımini hadisələrə müdaxilə etməyə çağırıb.
Hökumətdən isə olayla bağlı hər hansı açıqlama gəlməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB