Ermənistanda daha 6 nəfər koronavirusdan ölüb

Ermənistanda daha 6 nəfər koronavirusdan ölüb

Ermənistanda koronavirusa yoluxanların sayı 37 390 nəfərə çatıb.

Erməni KİV-lərinin verdiyi məlumata görə, son sutka ərzində 73 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 6 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 711 nəfər koronavirusdan ölüb, 9 793 nəfərin müalicəsi isə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə